AFFA-nın baş katibi Elxan Məmmədov və Bakıda keçiriləcək Avropa Liqasının final matçının səfiri Vəli Qasımov Monakoya yollanıb. Hər iki şəxs Avroliqanın qrup mərhələsinin püşkatma mərasiminə qatılacaq. Bakı vaxtı ilə saat 15:00-da başlanacaq tədbirdə Azərbaycanın yeganə təmsilçisi "Qarabağ"ın rəqibləri müəyyənləşəcək.
 
Qeyd edək ki, Avropa Liqasının final oyunu 2019-cu il mayın 29-da Bakı Olimpiya Stadionunda təşkil olunacaq.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp