Avqustun 30-da Çempionlar Liqasının püşkatma mərasimindən əvvəl UEFA məmurları yeni turnirlə bağlı müzakirələr aparıblar.

Futbolinfo.az xəbər verir ki, UEFA 2021/22 mövsümündən başlayaraq avrokuboklarda 3-cü turnirə start verməyi planlaşdırır. Hələlik yeni turnirin adı bəlli deyil.

UEFA bununla bağlı marketinq danışqları aparır. Ancaq o məlumdur ki, yeni turnirdə 32 komanda iştirak edəcək. Çempionlar Liqasında komanda sayı dəyişməyəcək, Avroliqada isə say 48-dən 32-yə endiriləcək.

UEFA-da hesab edirlər ki, yeni turnir kiçik ölkələrdə futbolun inkişafına təkan verəcək.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp