Bu gün UEFA Avropa Liqasının qrup mərhələsinin püşkatma mərasimi keçirilib. 

Futbolinfo.az xəbər verir ki, Monakoda təşkil olunan tədbirdə Azərbaycan çempionu "Qarabağ"ın da rəqibləri müəyyənləşib. Ağdam klubu bu dəfə üçüncü səbətdə yer almışdı ki, bu da Azərbaycan futbolu tarixində bir ilk idi.

Qurban Qurbanovun komandası püşk nəticəsində İngiltərə nəhənglərindən "Arsenal", Portuqaliyanın "Sportinq" və Ukraynanın "Vorskla" klubları ilə bir qrupa düşüb.

Avroliqanın budəfəki püşkatma mərasimində ilk dəfə azərbaycanlı səfir də iştirak edib. Söhbət Vəli Qasımovdan gedir. Belə ki, Avropa Liqasında 2018/19 mövsümünün finalı məhz Bakı Olimpiya Stadionunda keçiriləcəyindən, Qasımov da püşkatma zamanı səhnədə yer alıb. 

Avropa Liqası

A qrupu
Bayer (Almaniya)
Ludoqorets (Bolqarıstan)
Sürix (İsveçrə)
AEK (Larnaka, Kipr)

B qrupu
Zalsburq (İsveçrə)
Seltik (Şotlandiya)
Leyptsiq (Almaniya)
Rusenborq (Norveç)

C qrupu
Zenit (Rusiya)
Kopenhagen (Danimarka)
Bordo (Fransa)
Slaviya (Praqa, Çexiya)

D qrupu
Anderlext (Belçika)
Fənərbaxça (Türkiyə)
Dinamo (Zaqreb, Xorvatiya)
Spartak (Trnava, Slovakiya)

E qrupu
Arsenal (İngiltərə)
Sportinq (Portuqaliya)
Qarabağ (Azərbaycan)
Vorskla (Ukrayna)

F qrupu
Olimpiakos (Yunanıstan)
Milan (İtaliya)
Betis (İspaniya)
Düdelanj (Lüksemburq)

G qrupu
Vilyarreal (İspaniya)
Rapid (Avstriya)
Spartak (Moskva, Rusiya)
Reyncers (Şotlandiya)

H qrupu
Latsio (İtaliya)
Olimpik (Marsel, Fransa)
Ayntraxt (Frankfurt, Almaniya)
Apollon (Limassol, Kipr)

İ qrupu
Beşiktaş (Türkiyə)
Genk (Belçika)
Malmö (İsveç)
Sarpsborq (Norveç)

J qrupu
Sevilya (İspaniya)
Krasnodar (Rusiya)
Standard (Belçika)
Akhisarspor (Türkiyə)

K qrupu
Dinamo (Kiyev, Ukrayna)
Astana (Qazaxıstan)
Renn (Fransa)
Yablonets (Çexiya)

L qrupu
Çelsi (İngiltərə)
PAOK (Yunanıstan)
BATE (Belarus)
Videoton (Macarıstan)

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp