Bu gün Avropa Liqasında qrup mərhələsinin püşkatma mərasimi keçirilib.

Futbolinfo.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Riçard Almeydanın çıxış etdiyi Qazaxıstanın “Astana” klubunun da rəqibləri məlum olub.

K qrupunda yer alan “Astana”, Kiyev “Dinamo”su (Ukrayna), “Renn” (Fransa) və “Yablonets” (Çexiya) ilə mübarizə aparacaq.

“Astana”nın baş məşqçisi “Qəbələ”nin sabiq çalışdırıcısı Roman Qriqorçukdu.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp