Türkiyənin “Akhisarspor” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Futbolinfo.az xəbər verir ki, Super Liqa təmsilçisi TFF 1-ci liqada mübarizə aparan “Osmanlıspor”da forma geyinən Reqattini rənglərinə bağlayıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Tam adı Adrien Daniel Karoli Reqattin olan Mərakeş əsilli fransalı futbolçu yeni klubu ilə 2 illik müqaviləyə imza atıb.
Reqattin Türkiyədə 2016/17 mövsümündən etibarən top qovur. 27 yaşlı futbolçu “Osmanlıspor”un heyətində Super Liqada 58 oyun keçirib, 4 qol vurub.