Rusiyanın “Krılya Sovetov” klubundan ayrılan azərbaycanlı futbolçu Azər Əliyevin yeni komandası məlum olub.

Futbolinfo.az xəbər verir ki, 24 yaşlı futbolçu “Ufa”ya keçib. Bu barədə sözügedən klubun rəsmi saytı məlumat yayıb.

"Krılya Sovetov" Əliyevlə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam vermişdi. O, Samara komandasının heyətində 40 oyuna 5 qol vurub.

Azər Əliyev AFFA-nın milliləşdirmək istədiyi futbolçulardan biridir.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp