Futbol üzrə Türkiyə millisinin üzvü Nuri Şahinin yeni komandası məlum olub.
Futbolinfo.az xəbər verir ki, Dortmund “Borussiya”sı ilə yollarını ayıran futbolçu Bundesliqanın digər təmsilçisi “Verder”lə anlaşıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Bu gün tibbi müayinədən keçən yarımmüdafiəçi yeni klubu ilə 2 illik müqaviləyə imza atıb. O, yeni komandasında 17 nömrəli forma geyinəcək.
Türkiyəli oyunçu 2014-cü ildən “Borussiya”da çıxış edirdi. N.Şahin 2005-2011-ci illərdə də "Borussiya"da oynayıb. Sonra "Real" və "Liverpul"da çıxış edən 29 yaşlı oyunçu yenidən Dortmund klubuna qayıtmışdı.