“Qarabağ” “transfer pəncərəsi”nin son günündə növbəti transferini reallaşdırıb.

Futbolinfo.az xəbər verir ki, Ağdam klubu milli komandamızın üzvü Araz Abdullayevi heyətinə qatıb. 

Müqaviləylə Yunanıstanın “Panionios” klubuna məxsus olan Abdullayev növbəti 2 mövsümü icarə əsasında “Qarabağ”da keçirəcək.

26 yaşlı vinger son mövsümü Kiprin “Anortosis” klubunda keçirib və meydana çıxdığı 30 oyunda 3 qolla yadda qalıb.

Shares: