Ukraynanın “Vorskla” klubunun prezidenti Roman Çernyak Avropa Liqasının qrup mərhələsində Azərbaycan çempionu “Qarabağ”a, eləcə də İngiltərənin “Arsenal” və Portuqaliyanın “Sportinq” komandalarına rəqib olmalarına münasibət bildirib.

Futbolinfo.az xəbər verir ki, o, bunları söyləyib: “Çox yaxşı qrupdu. Biz də elə bunu gözləyirdik. Doğma meydanımızda azarkeşlərimizə gözəl, baxımlı futbol göstərmək istəyirik. Qrupda İngiltərə və Portuqaliya nəhəngləri, həmçinin elə də asan rəqib sayılmayan "Qarabağ" yer alıb. Sona qədər mübarizə aparacağıq. “Arsenal”ı bizim üçün ən ciddi adlandırmaq olar. "Qarabağ" yaxşı komandadı, "Sportinq" də öz növbəsində. İnanıram ki, azarkeşlərimiz doğma meydanda keçirəcəyimiz matçlarda bizi tək qoymayacaqlar. Belə oyunlarda onların dəstək verməsi olduqca önəmlidi. Avroliqanın qrup mərhələsinə vəsiqə qazanmaq bizim üçün böyük sevincdi. Bütün şəhər sakinləri, azarkeşlərimiz sevinir. Başa düşürük ki, bundan sonrakı mərhələdə asan rəqiblər olmayacaq. Bir tərəfdən də, bu, ötən il ortaya qoyduğumuz işin nəticəsidi. Bütün qruplara nəzər yetirdim. Biz ən çətin qrupda yer almışıq.  Gəlin, hər şeyi fikirləşək, sonra hədəflər barədə danışarıq”.  

Shares: