İngiltərənin “Arsenal” klubunun qapıçsı Bernd Leno Avropa Liqasının qrup mərhələsinin püşkünə münasibət bildirib.
Futbolinfo.az xəbər verir ki, 26 yaşlı alman qolkiper DÇ-2018-in seçmə mərhələsi çərçivəsində səfərdə Azərbaycana qarşı keçirdikləri oyunu xatırlayıb:
"Meydan yaxşı vəziyyətdə, azarkeşlər də çılğın idi. Oyunçuların çoxunu tanımırdım, ancaq uzun və maraqlı səfər oldu. Portuqaliyanın "Sportinq" klubu yaxşı bir stadiona malikdi. Digər komandanın oyunçularının çoxunu tanımıram. Ancaq maraqlı oyunlar olacaq”.
Qeyd edək ki, "Qarabağ" Avropa Liqasının E qrupunda “Arsenal” (İngiltərə), “Sportinq” (Portuqaliya) və “Vorskla” (Ukrayna) klublarıyla mübarizə aparacaq.