Futbol üzrə Ukrayna Premyer Liqasında 7-ci turun oyunları keçirilir.

Futbolinfo.az xəbər verir ki, Avropa Liqasının qrup mərhələsində Azərbaycan çempionu “Qarabağ”ın rəqiblərindən olan “Vorskla” da növbəti matçına çıxıb. 

Sözügedən klub doğma meydanda “Çernomorets”lə qarşılaşıb. “Qarabağ”ın rəqibi Odessa təmsilçisinə 2:1 hesabıyla qalib gəlib. Meydan sahiblərinin heyətində 49-cu dəqiqədə Vladislav Kulaç hesabı açıb. 63-cü dəqiqədə qonaqlar hesaba tarazlıq gətirsələr də, “Vorskla” 87-ci dəqiqədə rəqib futbolçunun öz qapısına vurduğu qol sayəsində qələbəni bayram edib.

“Vorskla” 7 oyundan sonra 9 xalla 12 iştirakçı arasında 4-cü pillədə qərarlaşıb.

“Qarabağ” “Vorskla”ya qarşı ilk oyununu oktyabrın 25-də Bakıda, cavab görüşünü isə noyabrın 8-də səfərdə keçirəcək.

Shares: