Futbol üzrə Türkiyə 1-ci liqasında 4-cü turun oyunları keçirilir.
Futbolinfo.az xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Ufuk Budakın formasını geyindiyi “Boluspor” da növbəti matçına çıxıb.
Sözügedən kollektiv səfərdə “Afyonspor”la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 1:0.
Əvvəlki turlarda ehtiyatda qalan Ufuk nəhayət bu görüşdə “Boluspor”un heyətində debüt edib. O, start heyətdə meydana çıxıb və sonadək oynayıb.
“Boluspor” 4 turdan sonra 12 xalla 18 iştirakçı arasında 2-ci pillədə qərarlaşıb.