Futbol üzrə Türkiyə 1-ci liqasında 4-cü turun oyunları keçirilib.

Futbolinfo.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Dəniz Yılmazın formasını geyindiyi “Gənclərbirliyi” də növbəti matçına çıxıb.

Sözügedən kollektiv səfərdə “Osmanlıspor” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 1:0.

Dəniz də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 69-cu dəqiqədə əvəzlənib.

“Gənclərbirliyi” 4 turdan sonra 12 xalla 18 kollektiv arasında 1-cidi.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp