Futbol üzrə İspaniya Sequndasında 3-cü turun oyunları keçirilib.

Futbolinfo.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Eddi İsrafilovun formasını geyindiyi “Alkorkon” da növbəti matçına çıxıb. 

Sözügedən kollektiv doğma meydanda “Malyorka” ilə üz-üzə gəlib. Futbolçumuzun komandası bu qarşılaşmadan qələbə ilə ayrılıb – 1:0.

İsrafilov bu görüşün iştirakçısı olmayıb. O, matçın sonunadək ehtiyatda qalıb.

Hazırda 4 xala malik “Alkorkon” 22 kollektiv arasında 9-cu pillədə qərarlaşıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp