Almaniyanın “Ayntraxt” (Frankfurt) klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Futbolinfo.az xəbər verir ki, Bundesliqa təmsilçisi PSJ-nin qolkiperi Kevin Trappı mövsümün sonunadək icarəyə götürüb.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Kevin köhnə-yeni komandasında 31 nömrəli formanı geyinəcək.
28 yaşlı qolkiper 3 il əvvəl məhz “Ayntraxt”dan PSJ-yə transfer edilmişdi.