Türkiyənin “Fənərbaxça” klubu heyətini daha iki futbolçu ilə gücləndirib.

Futbolinfo.az xəbər verir ki, İstanbul nəhəngi digər Super Liqa təmsilçisi “Qalatasaray”la yollarını ayıran Tolqa Ciyerçini, eləcə də Fransanın “Lill” klubunun əlcəzairli futbolçusu Yassin Benzianı heyətinə qatıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 

Tolqa ilə 1+1 illik müqavilə imzalanıb. O, 2016-cı ildən “Qalatasaray”da çıxış edirdi. Bu müddətdə 42 oyuna çıxan yarımmüdafiəçi 6 qola imza atıb. Almaniyanın “Volfsburq” klubunun yetirməsi olan Ciyerçi bu ölkədə “Herta” və Münhenqladbax “Borussiya”sında da forma geyinib.

kapaktt538 61520 7418529 - Futbolinfo.az

Benzia isə “Lill”dən mövsümün sonunadək icarəyə götürülüb. Türkiyə klubu icarə müddəti bitən kimi 23 yaşlı yarımmüdafiəçinin transfer hüququna da yiyələnə bilər.

Karyerasına Lion “Olimpik”ində başlamış Benzia bu komandanın heyətində 4 mövsüm ərzində 54 oyuna çıxıb, 6 qol vurub. 2015-ci ildən etibarən isə o, “Lill”in uğurları üçün çalışırdı. Yassin bu komandada 93 oyun keçirib, 11 qola imza atıb.

bc3i3258 61523 8256467 - Futbolinfo.az

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp