Fransanın “Olimpik” (Lion) klubu transfer pəncərəsinin son günündə heyətini yeni futbolçu ilə gücləndirib.

Futbolinfo.az xəbər verir ki, Liqa 1 təmsilçisi Şotlandiyanın “Seltik” klubunun hücumçusu Mussa Dembeleni transfer edib. 

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Fransız forvardla 5 illik müqavilə imzalanıb.

Lion klubunun 22 yaşlı forvard üçün qarşı tərəfə 22 milyon avro ödəyəcəyi bildirilir. 

Dembele son mövsümdə “Seltik” forması ilə 34 qarşılaşmada iştirak edib və 17 qolla yadda qalıb. O, bütövlükdə bu komandanın heyətində 94 matça çıxıb, 51 qola imza atıb, 18 məhsuldar ötürmə müəllifi olub.

Shares: