Türkiyənin “Sivasspor” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Futbolinfo.az xəbər verir ki, Super Liqa təmsilçisi rumıniyalı yarımmüdafiəçi Qabriel Toryeni heyətinə qatıb. 

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 29 yaşlı futbolçu Sivas təmsilçisi ilə 1 illik müqavilə imzalayıb.

Torye son mövsümü Rusiyanın “Axmat” klubunda keçirib. Futbola ölkəsinin “Politexika” (Timişoara) klubunda başlayan yarımmüdafiəçi sonralar “Dinamo” (Buxarest), “Udineze”, “Qranada”, “Espanyol” klublarında da forma geyinib.

Torye əvvəllər də Türkiyədə oynayıb. O, 2014-cü ildə “Konyaspor”a transfer edilib. Bir müddət “Osmanlıspor”da da oynayan Qabriel “Axmat”a məhz bu klubdan getmişdi.

Rumıniya yığmasında 56 oyun keçirən Torye 11 qola imza atıb.

Shares: