Türkiyənin “Qalatasaray” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Futbolinfo.az xəbər verir ki, son ölkə çempionu Super Liqanın digər təmsilçisi “Akhisarspor”un sol cinah müdafiəçisi Ömər Bayramı heyətinə qatıb.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 27 yaşlı futbolçu ilə 3 illik müqavilə imzalanıb.
“Qalatasaray” bu keçidə görə Akhisar klubuna 400 min avro təzminat ödəyib. Ömər yeni komandasında ilk mövsümündə 500, sonrakı mövsümlərdə isə 400 min avro qazanacaq.