Fransa çempionu PSJ heyətini yeni futbolçularla gücləndirib.
Futbolinfo.az xəbər verir ki, Paris təmsilçisi İngiltərənin “Stok Siti” klubunun hücumçusu Erik Çupo-Motinqi və Almaniya çempionu “Bavariya”nın müdafiəçisi Xuan Bernatı transfer edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
PSJ Çupo-Motinq üçün “Stok Siti”yə 13,5 milyon avro ödəyib. Kamerunlu futbolçu ilə 2 illik müqavilə imzalanıb.
Karyerası ərzində “Hamburq”, “Maynts”, “Şalke” kimi klublarda çıxış etmiş 29 yaşlı forvard, Kamerun millisində də forma geyinir.
Bernat isə yeni klubu ilə 3 illik müqaviləyə imza atıb. 25 yaşlı ispaniyalı futbolçunun transferi Paris klubuna 7 milyon avroya başa gəlib. İspaniya yığmasının da şərəfini qoruyan müdafiəçi yeni komandasında 14 nömrəli formanı geyinəcək.