Futbol üzrə Rusiya Premyer Liqasında 6-cı turun oyunları keçirilir.

Futbolinfo.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Ramil Şeydayevin formasını geyindiyi “Krılya Sovetov” da növbəti matçına çıxıb.

Sözügedən kollektiv doğma meydanda “Anji” ilə üz-üzə gəlib. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 1:0.

Ramil bu görüşün iştirakçısı olmayıb. Millimizin üzvü sonadək ehtiyatda qalıb.

“Krılya Sovetov” 6 turdan sonra 7 xalla 16 iştirakçı arasında 7-ci pillədə qərarlaşıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp