Türkiyənin “Alanyaspor” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Futbolinfo.az xəbər verir ki, Super Liqa təmsilçisi seneqallı hücumçu Papiss Sisseni heyətinə qatıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

33 yaşlı futbolçu Çinin “Şandonq Lunenq” klubundan transfer olunub. Tərəflər 2 illik müqaviləyə imza atıblar.

Daha çox Almaniyanın “Frayburq” və İngiltərənin “Nyukasl” klublarındakı çıxışı ilə məşhur olan Sisse, Seneqal yığmasında 35 oyun keçirib, 16 qol vurub.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp