Futbol üzrə Türkiyə Kubokunda 3-cü mərhələnin oyunları keçirilib.

Futbolinfo.az xəbər verir ki, Azərbaycanın yığmasının sabiq hücumçusu Dəniz Yılmazın formasını geyindiyi “Gənclərbirliyi” də növbəti matçına çıxıb.

Sözügedən kollektiv aşağı liqa təmsilçisi “Berqama Bələdiyyəspor”la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan 2:0 hesablı qələbə ilə ayrılıb və növbəti mərhələyə yüksəlib.

Dəniz bu görüşün iştirakçısı olmayıb. Onun adı qarşılaşmanın iştirak ərizəsinə də daxil edilməyib.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp