Futbol üzrə İsveç çempionatında 23-cü turun oyunları keçirilib.

Futbolinfo.az xəbər verir ki, azərbaycanlı futbolçu Emin Nurinin formasını geyindiyi “Kalmar” da növbəti matçına çıxıb. 

Sözügedən kollektiv doğma meydanda “Hakken”lə üz-üzə gəlib. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 1:2.

Emin bu görüşün iştirakçısı olmayıb. O, sonadək ehtiyatda qalıb.

“Kalmar” hazırda 28 xalla 16 iştirakçı arasında 10-cu pillədə qərarlaşıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp