Futbol üzrə Avropa Liqasının qrup mərhələsi çərçivəsində Azərbaycan çempionu “Qarabağ”la səfər oyunu İngiltərənin “Arsenal” klubu üçün iki məqamla əlamətdar olacaq. 

Futbolinfo.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, "Arsenal"ın yarımmüdafiəçisi Mesut Özil Avropa miqyaslı yarışlarda yubiley oyununa çıxacaq. Türk əsilli futbolçu meydanda olacağı təqdirdə, avrokuboklarda 100-cü matçını keçirəcək. 

"Arsenal" klubu həmçinin bu matça görə 132 illik tarixinin ən uzun səfərini gerçəkləşdirəcək. Belə ki, London klubu Ağdam təmsilçisi ilə Bakıdakı görüşdə iştirak etmək üçün 4000 kilometr məsafə qət edəcək.

Qeyd edək ki, oktyabrın 4-də Bakı Olimpiya Stadionunda keçiriləcək “Qarabağ” – “Arsenal” oyunu saat 20:55-də başlayacaq.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp