İspaniyanın “Barselona” klubu embelmində bəzi dəyişikliklər etməyi planlaşdırır.

Futbolinfo.az xəbər verir ki, rəhbərlik klub üzvlərinin razılığını ala bilsə, dəyişiklik 2019/20 mövsümündən həyata keçiriləcək.

Yeni dizaynda FCB-dən imtina olunacaq. Mavi və nar rəngli xətlərin də sayı 7-dən 5-ə qədər azaldılacaq. Emblemdəki top isə daha qabarıq göstəriləcək.

Yekun qərar oktyabrın 20-də veriləcək.

“Barselona”nın indiki emblemi 2002-ci ildə qəbul edilib.

c977f372d04f4b54be10e1269a0d16db.jpg?&mode=crop&w=940&h=626 - Futbolinfo.az

91b2a311713145fba3fa1f9cb322abe3 - Futbolinfo.az

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp