Futbol üzrə Moldova yığmasının heyəti açıqlanıb.

Futbolinfo.az xəbər verir ki, Azərbaycan Premyer Liqasında çıxış edən 2 futbolçu – "Zirə”dən Aleksandr Dedov və "Səbail”dən Yevgeni Koçuk da Moldova millisinə dəvət alıblar.

Moldova yığması oktyabrın 12-də UEFA Millətlər Liqası çərçivəsində evdə San Marino, 3 gün sonra isə səfərdə Belarusla üz-üzə gələcək.

Qeyd edək ki, D Liqasında 2-ci qrupda yer alan Moldova millisi 2 turdan sonra 1 xalla 3-cü pillədə qərarlaşıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp