UEFA Belarus Futbol Federasiyasını (ABFF) 3 min avro məbləğində cərimələyib.

Futbolinfo.az xəbər verir ki, buna belaruslu azarkeşlərin UEFA Millətlər Liqasının 2-ci turunda Moldova ilə səfər matçı zamanı pirotexniki vasitələrdən istifadə etməsi səbəb olub.

Bununla əlaqədar yerli federasiya oktyabrın 12-də Lüksemburq, oktyabrın 15-də Moldova ilə keçirəcəkləri ev oyunları zamanı azarkeşlərdən qaydaları pozmamalarını və ictimai asayişə əməl etmələrini istəyib.  

Qeyd edək ki, D Liqasının 2-ciqurupunda keçirilmiş Moldova – Belarus matçı qolsuz bərabərliklə başa çatıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp