Futbol üzrə Azərbaycan Birinci Divizionunda 5-ci tura yekun vurulub.

Futbolinfo.az xəbər verir ki, son oyun günündə dörd görüş baş tutub.

"Kəpəz" doğma meydanda "Qaradağ Lökbatan"ı 4 cavabsız qolla üstələyib. 

"Turan Tovuz" – "Zaqatala" oyununda qalib müəyyənləşməyib. MOİK səfərdə "Şüvəlan"a minimal hesabla qalib gəlib. "Səbail"in əvəzediciləri isə "Ağsu" üzərində qələbəyə sevinib.

Birinci Divizion
5-ci tur

28 sentyabr

Kəpəz – Qaradağ Lökbatan 4:0
Qol: Qol: Elgün Orucov, 14; 86. Elcan Kərimov, 38. Dieqo Souza, 48.
Hakimlər: Kərim Kərimov, Aydın Bəxşiyev, Habil Əliyev, Emin Nağıbəyov
Gəncə şəhər stadionu

Turan Tovuz – Zaqatala 1:1
Qol: Qol: Sənan Qocayev, 75 – Roini İsmayılov, 3.
Hakimlər: Mahir Məmmədov, Rahil Ramazanov, Ruslan Babayev, Bəxtiyar Gözəlov
Tovuz şəhər stadionu

Şüvəlan – MOİK 0:1
Qol: Raul Yaqubzadə, 25.
Hakimlər: Ziya Nəsirov, Yaşar Abbasov, Nahid Əliyev, Ramiz Məhərrəmov
Bakı. “AZAL Arena”

Səbail-2 – Ağsu 2:1
Qol: Emil Həsənzadə, 22-pen. Xəzər Mahmudov, 79 – Elnur Səmədov, 83-pen.
Hakimlər: Səbuhi Bayramov, Müslüm Əliyev, Pərvin Talıbov, Rəsul Babayev
Bakı. “Bayıl Arena”

Turun digər oyunları: Sabah-2 – Keşlə-2 2:1, Zirə-2 – Neftçi-2 1:2, Sumqayıt-2 – Qarabağ-2 3:0.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp