Sentyabrın 28-də Ağdam rayonunda “Açıq Əyləncəli Futbol Məktəbi” layihəsi çərçivəsində idman tədbiri keçirilib.

Futbolinfo.az xəbər verir ki, AFFA, Ağdam rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən tədbirdə Milli Məclisin deputatı, AFFA-nın I vitse-prezidenti, Uşaq-Gənclər Futbol Federasiyasının prezidenti, Açıq Əyləncəli Futbol Məktəblərinin Azərbaycan üzrə rəhbəri Rauf Əliyev, millət vəkilləri Aqil Abbas, Sabir Hacıyev, Ağdam rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, rayon Gənclər və İdman İdarəsinin rəisi Elnur Əhmədov və layihənin kordinatoru Kərim Ağayev iştirak ediblər. Tədbirdə çıxış edən natiqlər layihənin həyata keçirilməsində məqsədin uşaqların və yeniyetmələrin asudə vaxtlarının səmərəli təşkili, onlarda futbola və digər idman növlərinə maraq yaratmaq, sağlam həyat tərzini təbliğ etməkdən ibarət olduğunu qeyd ediblər.

Uşaqlara müxtəlif idman ləvazimatları paylanılıb və tədbirin sonunda uşaqlar əyləncəli futbol nümayiş etdiriblər.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp