“Neftçi” Topaz Premyer Liqasının 6-cı turu çərçivəsində qarşılaşacağı “Səbail”lə oyuna hazırlığını başa vurub. 

Futbolinfo.az xəbər verir ki, komanda bu gün doğma bazasında növbəti məşqə çıxıb. Hazırlıq prosesindən yalnız zədəli Ruslan Abışov kənarda qalıb.

Xatırladaq ki, sentyabrın 29-da 8-ci km stadionunda baş tutacaq "Neftçi” – "Səbail” oyunu saat 18:55-də start götürəcək.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp