Futbol üzrə Almaniya 3-cü Liqasında 10-cu turun oyunları keçirilib.

Futbolinfo.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Rüfət Dadaşovun formasını geyindiyi “Proyssen” klubu da növbəti matçına çıxıb. 

Futbolçumuzun komandası doğma meydanda “Vehen”lə qarşılaşıb. Münster klubu bu oyundan qələbə ilə ayrılıb – 3:0.

Rüfət də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək oynayıb.

Komandasının vurduğu ilk qola da millimizin sabiq forvardı imza atıb. O, 41-ci dəqiqədə fərqlənib. 53-cü dəqiqədə isə Dadaşov sarı vərəqə alıb.

Dadaşovun komandası 10 turdan sonra 18 xalla 2-ci pillədə qərarlaşıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp