Futbol üzrə Hollandiya ikinci liqasında 7-ci turun oyunları keçirilib.

Futbolinfo.az xəbər verir ki, Azərbaycanın gənclərdən ibarət yığmasının üzvü Ziya Əzizovun formasını geyindiyi “NEK Neymegen” də növbəti matçına çıxıb.

Sözügedən kollektiv doğma meydanda “Qou Eher İqls” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb – 1:1.

Ziya bu görüşün iştirakçısı olmayıb. Onun adı matçın iştirak ərizəsinə də daxil edilməyib.

“NEK Neymegen” 7 turdan sonra 15 xalla 20 iştirakçı arasında 4-cü pillədə qərarlaşıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp