“Sabah”ın yarımmüdafiəçisi Erik Ramosun futbolinfo.az saytına müsahibəsi:

– "Neftçi"nin heyətində "Qarabağ"a qarşı çox oyunlarınız olub. Həmin matçları necə xatırlayırsız?
– Hər biri derbi kimi matçlar idi. Həmişə gərgin və maraqlı olurdu. İndi vəziyyət fərqlidi. Mən başqa klubda oynayıram və normal bir oyun kimi bu matça da hazırlaşmışıq.

– "Sabah"dan "Qarabağ"la matçda hansı nəticəni gözləmək olar?
– Oyuna yaxşı köklənmişik. Düşünürəm ki, biz bu qarşılaşmada nəticə qazana bilərik. Özümüzü yaxşı tərəfdən göstərib şansımızı gözləməliyik.

– Qrafik ağırdı. "Qarabağ", sonra isə "Neftçi"yə qarşı oynayacaqsız…
– İki böyük komandaya qarşı çıxış edəcəyik. Təbii ki, ağır olacaq. Lakin hazırda ancaq "Qarabağ"ı düşünürük. Bundan sonra "Neftçi" haqqında fikirləşib hazırlaşacağıq. 

– Uzun illər "Neftçi"də oynamısan…
– İlk dəfə "Neftçi"yə qarşı çıxış edəcəm. Həqiqətən qəribə hisslərdi. Məndə fərqli hisslər var bununla bağlı.

– "Neftçi"yə qol vursan…
– Bunu qeyd etməyəcəm. Vurduğum qola sevinməyəcəm.

– "Neftçi" fanatları ilə görüşün olub?
– Yox, onlarla görüşməmişəm.

– "Sabah"ın əsas hədəfləri nədi?
– Liqada qalmaq uğrunda mübarizə aparırıq. Çalışacağıq ki, yerimizi qoruyaq. Ondan sonra daha yaxşı nəticələr haqqında düşünə bilərik.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp