Futbol üzrə Almaniya 2-ci Bundesliqasında 8-ci turun oyunları keçirilib.

Futbolinfo.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Dmitri Nazarovun formasını geyindiyi “Ersgebirge” də növbəti matçına çıxıb.

Sözügedən klub səfərdə “Paderborn”la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 0:1.

Nazarov bu görüşün iştirakçısı olmayıb. O, qarşılaşmanın sonunadək ehtiyatda qalıb.

“Ersgebirge” hazırda 7 xalla 18 iştirakçı arasında 14-cü pillədə qərarlaşıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp