“Neftçi” Topaz Premyer Liqasının 6-cı turu çərçivəsində bu gün “Səbail”lə qarşılaşır.

Futbolinfo.az xəbər verir ki, bu oyunu izləyənlər arasında “Neftçi”nin sabiq vitse-prezidenti Tahir Süleymanov da var.

Əldə etdiyimiz məlumata görə, onu bu matça klub rəhbərliyi dəvət edib. Bu üzdən də keçmiş klub rəsmisi 8-ci km stadionunda keçirilən görüşü fəxri qonaqlar üçün nəzərdə tutulan tribunadan izləməliydi. Lakin o, "Neftçi" fanatları ilə birlikdə dayanmağı üstün tutub.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp