Futbol üzrə Ukrayna Premyer Liqasında 10-cu turun oyunları keçirilib.

Futbolinfo.az xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Pavel Paşayevin formasını geyindyi “Aleksandriya” da növbəti matçına çıxıb.

Sözügedən kollektiv səfərdə Donetsk “Olimpik”i ilə qarşılaşıb. Futbolçumuzun komandası bu görüşdən qələbə ilə ayrılıb – 3:2.

Paşayev də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək oynayıb.

“Aleksandriya” geridə qalan turlarda topladığı 19 xalla 12 kollektiv arasında 3-cü pillədə qərarlaşıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp