Futbol üzrə İngiltərə çempionatında 7-ci turun oyunları keçirilib.

Futbolinfo.az xəbər verir ki, Avropa Liqasının qrup mərhələsində Azərbaycan çempionu “Qarabağ”ın rəqiblərindən olan “Arsenal” da növbəti matçına çıxıb. 

Sözügedən klub doğma meydanda “Uotford”la qarşılaşıb. “Qarabağ”ın rəqibi bu görüşdən qalib ayrılıb – 2:0.

Qarşılaşmada hesab 81-cı dəqiqədə açılıb. “Topçular” öncə rəqib futbolçunun avtoqoluna seviniblər. Bundan cəmi 2 dəqiqə sonra isə Məsut Özil matçın yekun nəticəsini müəyyənləşdirən qola imza atıb.

“Arsenal” 7 oyundan sonra 15 xalla 20 iştirakçı arasında 5-ci pillədə qərarlaşıb.

“Qarabağ” “Arsenal”a qarşı ilk oyununu oktyabrın 4-də Bakıda, cavab görüşünü isə dekabrın 13-də səfərdə keçirəcək.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp