Futbol üzrə Almaniya Bundesliqasında 6-cı turun oyunları keçirilir.

Futbolinfo.az xəbər verir ki, turun əksər qarşılaşmaları şənbə gününə təsadüf edib. 

Dörd qolun qeydə alındığı “Volfsburq”la Münhenqladbax “Borussiya”sı arasındakı oyunda qalib müəyyənləşməyib. 

Dortmund “Borussiya”sı isə səfərdə “Bayer”ə çətinliklə də olsa, qalib gələ bilib. “Hoffenhaym” doğma meydanda “Leyptsiq”ə uduzub.

“Nürnberq” “Fortuna”nı, “Ştutqart” “Verder”i, “Şalke” də “Maynts”ı məğlub yola salıb.

Almaniya Bundesliqası
6-cı tur

28 sentyabr

Herta – Bavariya 2:0
Qol: İbişeviç, 23-pen. Duda, 44.

29 sentyabr

Hoffenhaym – Leyptsiq 1:2
Qol: Kramariç, 90-pen – Poulsen, 53; 73.

Nürnberq – Fortuna 3:0
Qol: Behrens, 28-pen. İshak, 64. Palasios, 78.

Ştutqart – Verder 2:1
Qol: Donis, 19. Kastro, 75 – Zieler, 68-öz qapısına.

Şalke – Maynts 1:0
Qol: Şopf, 11.

Volfsburq – Borussiya (Münhenqladbax) 2:2
Qol: Steffen, 12. Veqorst, 59 – Plea, 7. Azar, 48.

Bayer – Borussiya (Dortmund) 2:4
Qol: Vayzer, 9. Ta, 39 – Larsen, 65. Roys, 69. Alkaser, 85; 90.

30 sentyabr

17:30 Ayntraxt – Hannover
20:30 Auqsburq – Frayburq

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp