Topaz Premyer Liqasının 6-cı turu çərçivəsində dogma meydanda “Qarabağ”a 0:2 məğlub olan “Sabah”ın baş məşqçisi Elşad Əhmədov mətbuat konfransı keçirib.

Futbolinfo.az xəbər verir ki, 48 yaşlı mütəxəssis əvvəlcə oyun haqda fikirlərini bölüşüb:

– “Qarabağ”ı təbrik edirəm. Yeni komandayıq. Rəqib daha elitar komandadı. Futbolçulardan tam razı qaldım.

– 1:4 hesablı məğlubiyyət daha üzücü oldu, yoxsa bugünkü?
– Bu gün “Qarabağ” ilk qolu vurnada necə sevinirdi!? Bunu hamı gördü. 

– Görünür ki, komanda bir Deviçdən asılıdı…
– Deviç komanda yoldaşlarından daha təcrübəlidi. Amma biz bir futbolçudan asılı deyilik. Hər bir oyunçumuzdan qol gözləyirik.

– Komandanız bir xeyli adlı-sanlı komandadan xal alıb. Bu, rəqiblərdən güclü olmağınızdan qaynaqlanır, yoxsa rəqibləriniz komandanızı ciddiyə almır?
– Məqsədimiz Premyer Liqada qalmaqdı. Sadəcə, heç kimə asan təslim olmaq fikrimiz yoxdu. “Qarabağ” və “Neftçi” kimi rəqiblərlə daha çox müdafiə olunmaq məcburiyyətində qalırıq. (Sport24)

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp