“Neftçi”nin futbolçusu Anton Krivotsyuk cəzalı duruma düşüb. 

Futbolinfo.az xəbər verir ki, o, Topaz Premyer Liqasının 6-cı turu çərçivəsində qarşılaşdıqları "Səbail”lə oyunda mövsümdə 4-cü dəfə sarı vərəqə ilə cəzalandırılıb. Bu isə o deməkdi ki, müdafiəçi oktyabrın 5-də Topaz Premyer Liqasının 7-ci turunda "Sabah”la oyunu buraxacaq.

Qeyd edək ki, Krivotsyuk bunadək "Sumqayıt”, "Keşlə” və "Zirə” ilə oyunlarda anoloji cəzaya məruz qalmışdı.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp