Futbol üzrə İngiltərə Premyer Liqasında 7-ci tura start verilib.

Futbolinfo.az xəbər verir ki, turun açılış oyununda “Mançester Yunayted” səfərdə “Vest Hem”lə qarşılaşıb. “Qırmızı şeytanlar” bu görüşdə gözlənilməz məğlubiyyətlə üzləşib.

Turun mərkəzi oyunu Londonda keçirilib. “Çelsi” “Liverpul”la üz-üzə gəlib. Meydan sahibləri uzun müddət bu görüşdə üstün durumda olsalar da, son anda qələbəni əldən veriblər.

“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi olan “Arsenal” evdə “Uotford”a qalib gəlib.

Son çempion “Mançester Siti” də doğma meydanda “Brayton”dan güclü olub.

“Tottenhem” səfərdə “Haddersfild”ə, “Lester” isə “Nyukasl”a qalib gəlib.

“Everton”un “Fulhem”i darmadağın etdiyi gündə “Vulverhempton” da “Sauthempton”u məğlub yola salıb.

İngiltərə Premyer Liqası
7-ci tur

29 sentyabr

Vest Hem – Mançester Yunayted 3:1
Qol: Anderson, 5. Lindelof, 43-öz qapısına. Arnautoviç, 74 – Reşford, 71.

Arsenal – Uotford 2:0
Qol: Ketkart, 81-öz qapısına. M.Özil, 83.

Haddersfild – Tottenhem 0:2
Qol: H.Keyn, 25; 34-pen.

Vulverhempton – Sauthempton 2:0
Qol: Kavalyero, 79. Kastro, 87.

Everton – Fulhem 3:0
Qol: Siqurdsson, 56; 89. C.Tosun, 66.

Nyukasl – Lester 0:2
Qol: Vardi, 30. Maquayr, 73.

Mançester Siti – Brayton 2:0
Qol: Sterlinq, 29. Aquero, 65.

Çelsi – Liverpul 1:1
Qol: Azar, 25 – Starric, 89.

30 sentyabr

19:00 Kardiff Siti – Bernli

1 oktyabr

23:00 Bornmut – Kristal Pelas

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp