“Neftçi”nin müdafiəçisi Məhəmməd Mirzəbəyov Topaz Premyer Liqasının 6-cı turu çərçivəsində qarşılaşdıqları “Səbail” ilə oyundan (4:0) sonra klubun rəsmi saytına açıqlama verib. 

Futbolinfo.az xəbər verir ki, o, komandasının layiqli qələbə qazandığını bildirib:

“Çox maraqlı oyun oldu. Yaxşı ki, çox qol vurduq. Qolların effektli olmasını da vurğulamaq istəyirəm. Baş məşqçimiz oyundan əvvəl tapşırmışdı ki, topla daha çox davranaq, şanslardan maksimum istifadə edək. Fikrimcə, tapşırıqları yerinə yetirə bildik və layiqli qələbə qazandıq. Bütün kollektivi, xüsusilə azarkeşləri təbrik edirəm”.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp