Futbol üzrə Fransa çempionatında 8-ci turun oyunları keçirilir.

Futbolinfo.az xəbər verir ki, şənbə günü daha altı qarşılaşma baş tutub. 

Lider PSJ səfərdə “Nitsa”ya böyük hesabla qalib gəlib.

“Lion” doğma meydanda “Nant”la qarşılaşıb və xal itkisi ilə üzləşib. “Reyms” – “Bordo” görüşündə də qalib müəyyənləşməyib.

“Strasburq” evdə “Dijon”a böyük hesabla qalib gəlibsə, “Kan” “Amyen”i minimal hesabla üstələyib. “Anje” isə “Genqam”a uduzub.

Fransa Liqa 1
8-ci tur

28 sentyabr

Sent-Etyen – Monako 2:0
Qol: Xazri, 41; 54.

29 sentyabr

Nitsa – PSJ 0:3
Qol: Neymar, 22; 90. Nkunku, 46.

Anje – Genqam 0:1
Qol: Benezet, 45.

Kan – Amyen 1:0
Qol: Ninqa, 40-pen.

Olimpik (Lion) – Nant 1:1
Qol: Auar, 22 – Boşçilia, 62.

Reyms – Bordo 0:0

Strasburq – Dijon 3:0
Qol: Da Kosta, 13. Motiba, 81. Martin, 90.

30 sentyabr

17:00 Renn – Tuluza
19:00 Monpelye – Nim
23:00 Lill – Olimpik (Marsel)

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp