Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 6-cı tura yekun vurulub.

Futbolinfo.az xəbər verir ki, son oyun günündə də iki görüş baş tutub.

Öncə “Qəbələ” doğma meydanda “Keşlə” ilə münasibətlərinə aydınlıq gətirib. Matçda hesabı qonaqlar erkən qolla açıblar. Amma sona yaxın meydan sahibləri məğlubiyyətdən xilas ola biliblər. Qalan dəqiqələrdə başqa qol vurulmadığından, görüş heç-heçə yekunlaşıb.

Turun qapanış matçında isə “Sumqayıt” “Zirə” ilə qarşılaşıb. "Bayıl Arena"da baş tutan görüşdə nominal meydan sahibləri minimal hesabla üstün olublar.

Topaz Premyer Liqası
6-cı tur

30 sentyabr

Qəbələ – Keşlə 1:1
Qol: S.Monroz, 76 – A.Yunanov, 5.
Hakimlər: Rəvan Həmzəzadə, Cavanşir Yusifov, İsgəndər Əliyev, Etibar Həsənov.
Qəbələ şəhər stadionu, 18:00.

Qəbələ: 22. Dmitri Bezotosnı, 3. Voyislav Stankoviç, 5. Rasim Ramaldanov, 8. Qismət Alıyev, 10. Rauf Əliyev, 14. Cavid Hüseynov (k), 18. İlqar Qurbanov, 21. Atakora Lalavele, 28. Stiven Monroz, 34. Urfan Abbasov, 88. Sabien Lilay.
Ehtiyat oyunçular: 23. Aqil Məmmədov, 35. Murad Popov, 7. Roman Hüseynov, 11. Asif Məmmədov, 17. Ceyms Adeniyi, 26. Faiq Hacıyev, 27. Bəhlul Mustafazadə, 32. Amin Seydiyev, 79. Əli Sadıxov, 99. Abbas Ağazadə.
Baş məşqçi: Sənan Qurbanov.
Keşlə: 1. Kamran Ağayev (k), 3. Denis Silva Kruz, 4. Slavik Alxasov, 9. Amil Yunanov, 19. Azər Salahlı, 21. Herve Tçami, 22. Nikola Mitroviç, 31. Georgios Georgiadis, 65. Cabir Əmirli, 90. Ebrima Sohna, 93. Edvinas Girdvainis.
Ehtiyat oyunçular: 30. Davud Kərimi, 7. Vaqif Cavadov, 10. Ruslan Nəsirli, 11. Bahodir Nasimov, 17. Samir Məsimov, 18. Ruslan Əmircanov, 33. Tərlan Quliyev, 71. Emil Quliyev, 72. Əsəd Məsimov, 88. Məmməd Quliyev.
Baş məşqçi: Mladen Milinkoviç.

Sumqayıt – Zirə 1:0
Qol: A.Nağıyev, 16-öz qapısına.
Hakimlər: Vüqar Həsənli, Zeynal Zeynalov, Rza Məmmədov, Əliyar Ağayev.
Bakı. “Bayıl Arena”, 20:00.

Sumqayıt: 1. Mehdi Cənnətov, 2. Rail Məlikov (k), 4. Şəhriyar Əliyev, 7. Cavid Tağıyev, 10. Aleksey İsayev, 11. Atilla Yıldırım, 14. Bəxtiyar Həsənalızadə, 18. Süleyman Əhmədov, 21. Arif Daşdəmirov, 22. Əfran İsmayılov, 99. Əli Babayev.
Ehtiyat oyunçular: 15. Orxan Sadıqlı, 3. Vurğun Hüseynov, 17. Nicat Qurbanov, 44. Qvanzav Maqomedov, 70. Ülvi İsgəndərov, 74. Yusif Nəbiyev, 77. Murad Xaçayev.
Baş məşqçi: Nazim Süleymanov.
Zirə: 1. Anar Nəzirov (k), 2. İlkin Qırtımov, 5. Adil Nağıyev, 6. Vüqar Mustafayev, 7. Pərdis Fərcad-Azad, 11. Dilan Duventru, 16. İbrahim Aslanlı, 27. Adrian Skarlatake, 39. Sadiq Quliyev, 77. Mirsahib Abbasov, 91. Bilal Həmdi.
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 3. Budaq Nəsirov, 10. Sadio Tounkara, 8. Kamal Mirzəyev, 9. Aleksandr Dedov, 17. Vüsal İsgəndərli, 26. Miloş Rodivoyeviç, 38. İlkin Muradov, 47. Əmrah Bayramov.
Baş məşqçi: Samir Abasov.

Turun digər oyunları: Neftçi – Səbail 4:0, Sabah – Qarabağ 0:2.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp