Futbol üzrə İran çempionatında 8-ci turun oyunları keçirilib.

Futbolinfo.az xəbər verir ki, Cənubi Azərbaycanı təmsil edən “Maşinsazi” də növbəti matçına çıxıb.

Təbriz klubu səfərdə “Fulad Xuzistan”la qarşılaşıb. “Maşinsazi” bu görüşdən heç-heçə ilə ayrılıb – 1:1.

Təbrizin digər təmsilçisi “Traktorsazi” isə bir gün öncə doğma meydanda “İstiqlal Xuzistan”a qalib gəlmişdi.

Hazırda 13 xala malik “Traktorsazi” 16 iştirakçı arasında 5-ci, “Maşinsazi” isə 8 xalla 12-ci pillədə qərarlaşıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp