Futbol üzrə Rusiya Premyer Liqasında 9-cu turun oyunları keçirilir.

Futbolinfo.az xəbər verir ki, azərbaycanlı futbolçu Azər Əliyevin formasını geyindiyi “Ufa” da növbəti matçına çıxıb.

Sözügedən kollektiv doğma meydanda “Yenisey”lə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 2:1.

Azər də bu görüşün iştirakçısı olub. O, matçın 85-ci dəqiqəsində meydana buraxılıb.

“Ufa” hazırda 8 xalla 16 iştirakçı arasında 13-cü pillədə qərarlaşıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp