Futbol üzrə Latviya Birinci Liqasında 19-cu turun oyunları keçirilib. 

Futbolinfo.az xəbər verir ki, azərbaycanlı futbolçu Vüqar Əsgərovun formasını geyindiyi “Dauqavpils” də növbəti matçına çıxıb. 

Sözügedən kollektiv doğma meydanda “JDFS Alberts”lə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 4:0.

Vüqar da bu görüşün iştirakçısı olub. O, matçın 58-ci dəqiqəsində meydana buraxılıb.

Həm komandasının, həm də bütövlükdə çempionatın bombardiri olan Əsgərov bu oyunda da fərqlənib. O, 72 və 82-ci dəqiqələrdə fərqlənməklə dublunu rəsmiləşdirib. Millimizin sabiq forvardı cari mövsümdə vurduğu qolların sayını 25-ə çatdırıb.

“Dauqavpils” 19 turdan sonra 49 xalla 12 kollektiv arasında birinci pillədə qərarlaşıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp