Gənclər arasında təşkil olunan Almaniya Bundesliqasının cənub zonasında 7-ci turun oyunları keçirilib.

Futbolinfo.az xəbər verir ki, Azərbaycanın gənclərdən ibarət yığmasının üzvü Murad Mahmudovun formasını geyindiyi “Frankfurt” da növbəti matçına çıxıb.

Sözügedən kollektiv səfərdə “Frayburq”la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 1:2.

Murad da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 56-cı dəqiqədə əvəzlənib.

Geridə qalan bütün oyunlarında məğlubiyyətlə üzləşmiş Frankfurt təmsilçisi hazırda xalsızdı və 14 kollektiv arasında 13-cü pillədə qərarlaşıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp