Dünən İspaniya La Liqasının 7-ci turu çərçivəsində keçirilən “Eybar”- “Sevilya” qarşılaşmasında xoşagəlməz hadisə yaşanıb.

Futbolinfo.az xəbər verir ki, matçın 59-cu dəqiqəsində “Sevilya”nın futbolçusu Ever Baneqanın penalti vuruşundan sonra klubun azarkeşlərinin olduğu tribuna çöküb. 

Hadisə nəticəsində 14 nəfər azarkeşin yaralandığı bildirilib. Onlardan 8-i xəstəxanaya aparılıb. Lakin xəsarət alanların vəziyyəti elə də ciddi deyil.

İnsident səbəbindən “Eybar” – “Sevilya” matçında təxminən 8 dəqiqə fasilə yaranıb. Oyun “Sevilya”nın 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp